Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ baş verib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.
 
Qeyd edək ki, Kumamoto şəhərində 740 min əhali yaşayır. Əyalətdə sunami təhlükəsi elan edilib.  
Xatırladaq ki, ötən  gün də Yaponiyada  zəlzələ  baş vermişdi. Ötən gün Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 860 nəfər xəsarət almışdı. 

Google+ WhatsApp ok.ru