Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın Hokkaydo adasından 99 km məsafədə 7 bal gücündə zəlzələ baş verib.
 
“Report”un xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
 
Bakı vaxtilə saat 14:33-də qeydə alınan yeraltı təkanın episentri 163 km dərinlikdə olub.
 
Ölən və yaralılar barədə məlumat verilmir.
 
Rəsmilər sunami təhlükəsinin olmadığını açıqlayıblar.

Google+ WhatsApp ok.ru