Yaponiyada istidən 6 nəfər ölüb

Yaponiyada istidən 6 nəfər ölüb

Yaponiyada isti hava şəraiti səbəbindən 6 nəfər həlak olub.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iyul ayının 3-dən eyni səbəbdən xəstəxanalara 4241 nəfər yerləşdirilib.
 
Məlumata əsasən, 3-9 iyul tarixlərində xəstəxanaya yerləşdirilənlərin sayı ötən həftə xəstəxanaya yerləşdirilənlərin sayından 2 dəfə artıq olub. /

Google+ WhatsApp ok.ru