Yaponiyada zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb

Yaponiyada zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb

Yaponiyanın şimal-qərbində baş verən zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, Yamagata prefekturasında 6.7 bal gücündə zəlzələ dörd prefekturaya təsir göstərib.
 
Qeyd edilir ki, onalrdan birinin xəsarəti ağırdır. Məlumata görə, 17 nəfər Yamaqata prefekturasında xəsarət alıb. Habelə 4 nəfər Niiqatada, daha 4 nəfər Miyaqi və İsikava prefekturalarında xəsarət alıblar. 
 
Agentliyin xəbərinə görə, təbii hadisə zamanı itkin düşənlərin olması barədə məlumat yoxdur. 
 

 

Google+ WhatsApp ok.ru