Yaponiya hökuməti istefaya getdi: Yeni təyinatlar

Yaponiya hökuməti istefaya getdi: Yeni təyinatlar

Yaponiyanın Nazirlər Kabineti hökumətdə yeni yerdəyişmələr ərəfəsində fövqəladə iclas zamanı bütünlüklə istefaya gedib
 
Nazirlər artıq ölkənin baş naziri Sinzo Abeyə istefalarını təqdim edib.
 
Onların istefaları baz nazir tərəfindən qəbul edilməlidir. Dəyişən nazirlər arasında müdafiə, xairici işlər, eləcə də iqtisadiyyat, ticarət və sənaye nazirləri var.
 
Yaponiyada Nazirlər Kabinetində aparılan yerdəyişmələr sonunda yeni Xarici İşlər naziri əvvəllər İnzibati İslahatlar üzrə Nazirliyin rəhbəri olmuş Taro Kono olub. Müdafiə Nazirliyinə isə əvvəllər də bu postu tutmuş İtsunori Onoeru rəhbərlik edəcək.
 
Okinava və Şimal əraziləri üzrə nazir postuna isə Tetsuma Esaki təyin edilib. (trend) /

Google+ WhatsApp ok.ru