Yaponiya şirkəti Sinqapurda halal standartlara uyğun restoran açıb

Yaponiya şirkəti Sinqapurda halal standartlara uyğun restoran açıb

Yaponiya  şirkəti Sinqapurda halal standartlara uyğun  restoran açıb. 
 
Maide.Az “thejakartapost” istinadla bildirir ki, Yaponiyanın Kortkus Kurp şirkəti Sinqapurda açdığı restoranda  Yaponiya və Sinqapur  mətbəxindən yeməkləri halal standartlara uyğun müştərilərə təqdim edəcək. 
Tokyoda yerləşən Yaponiya şirkətinin restoranında təqribən 10 növ Asiya mətbəxindən yeməklər təqdim olunacaq.   
 
Halal olaraq təyin olunan məhsullar bazarı dünya səviyyəsində böyüyür. Halal qida sektorundakı mütəxəssislərin məlumatlara görə, 2015-ci  ildə 1,173 milyard dollar olan halal bazarının 2021-ci ildə1,914 milyard dollara çatacaq.
 
Qeyd edək ki, dünya turizm xərclərinin 10 faizini müsəlman turistlər reallaşdırır. Hesablamalara görə, bu gün müsəlman turistlərin sayı 108 milyondur və 2020-ci ildə bu rəqəm 150 milyondan çox olacaq.
 

Google+ WhatsApp ok.ru