Yaponiyanın qədimi məscidi İslamla tanışlıq turları təşkil edir

Yaponiyanın qədim və tarixi məscidlərindən biri məscidə pulsuz baxış turları təşkil edərək turistlər arasında həqiqi İslam təlimləri haqqında maarifləndirmə aparılır.
 Maide.az  İQNA xəbər saytına  istinadən xəbər verir ki, bu proqram Yaponiyanın ən böyük məscidi sayılan Tokyo şəhər məscidi tərəfindən İŞİD kimi terrorist ünsürlərin vəhşi cinayətlərindən, xüsusilə İŞİD-in də iki yaponlu girovu öldürdükdən sonra İslam və müsəlmanlar haqqında zehnlərdə formalaşmış səhv təsəvvürləri silmək üçün keçirilir.
Ən qədim məsciddə keçiriləcək bu səyahət turlarında İslam maarifi, namaz və məscidlərin rolu haqqında insanlara bilgi verilir.
Turlar həfətsonu tətillərdə keçirilir. Tokyo məsdicinə çoxsaylı turistlər gəlir və müsəlmanların dini  və ayinləri ilə yaxından tanış olurlar.
Yaponiyanın Tokyodakı Müsəlman Birliyinin verdiyi məlumata  görə bütün Yaponiyada 70-dən çox məscid var.
Tokyoda "Yapon Müsəlmanlar Birliyi"nin dediyinə görə İŞİD kimi terrorist ünsürlərin vəhşi cinayətləri, xüsusilə də iki yaponiyalı girovu öldürmələri bais olub ki, ölkədə cavanlar müsəlmanlara qarşı bədbinləşsinlər, buna görə də bu cür proqramların keçirilməsi zəruridir ki, insanlar həqiqi İslamı tanısınlar. /
 

Google+ WhatsApp ok.ru