Yaponiyanın yerli müsəlmanları 50 ildən sonra Tokioda ilk məscidlərinə qovuşdu 04 Mart 2017 02:00 Dünya Yaponiyanın paytaxtı Tokioda keçən ilin sonunda yeni məscidin açılışı olub. İslam Mərkəzinin binası paytaxtın Xiqaşi-Qotanda rayonunun Şinaqava Vard küçəsində yerləşir. Bu məscid ölkədəki miqrantlar tərəfindən deyil, Yaponiya Müsəlmanları Cəmiyyətinin üzvü olan yerli yaponiyalı müsəlmanlar tərəfindən açılıb. Yaponiya Müsəlmanları Cəmiyyətinin ölkə miqyası üzrə 500 üzvü var, ancaq paytaxtda cəmiyyətin üzvlərinin sayı 50 nəfərdən çoxdur. Mərkəzin açılmasında məqsəd ilk növbədə İslamın çağırışlarını yerli yaponlara onların başa düşəcəkləri bir dildə və yaxın mədəni tərzdə çatdırmaqdan ibarətdir. Yaponiya Müsəlmanları Cəmiyyəti 2003-cü ildə məscidin inşası üçün xeyriyyə aksiyası təşkil etmişdir. Aksiyada toplanmış 2.3 milyon dollara inşa olunan məscid 50 ildən sonra yaponiyalı müsəlmanların paytaxtdakı ilk məscid xüsusiyyətini daşıyır. (deyerler) / Teqlər : #Yaponiyanın yerli müsəlmanları 50 ildən sonra Tokioda ilk məscidlərinə qovuşdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ ilk müsəlman qubernatorunu seçə bilər İran: `Həcc məsələsində Səudiyyə ilə nisbi irəliləyiş təmin olunmuşdur`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO