Yaponiyaya müsəlman turistlərin səfəri artıb

Yaponiyaya müsəlman turistlərin səfəri artıb

Yaponiyaya müsəlman turistlərin səfəri artıb. 
 
Maide.Az “Tourism Review”-ə istinadən xəbər verir ki, Yaponiya hökuməti 2020-ci ilədək 20 milyon turistin ölkəyə səfərini təmin etmək üçün proqram hazırlasa da, 2016-cı ildə Yaponiyaya 24 milyon nəfərdən çox turist səfər edib. 
 
Yaponiya bir neçə ildir ki, "Halal" turizm" standartlarına əməl edir və artıq İslam ölkələrindən Yaponiyaya səfər edənlərin sayı artmaqdadır. 
 
Bu gün Yaponiya hotellərində qiblə göstəriciləri quraşdırılıb, hava limanı və alış-veriş mərkəzlərində namazxanalar fəaliyyət göstərir, bu ölkənin restoranlarında halal yeməklər müştəriləri verilir. 
 
Yaponiyaya səfər edən müsəlmanlar daha çox Asiyanın cənub-şərq ölkərindəndir.  
 
Yaponiyaya səfər bu ölkələr üçün həm xərc baxımından və həm də viza almaq baxımından sərfəlidir.                        
 
Yaponiyada İslam 100 il əvvəl müsəlman tacirlər və İslam ölkələrinə səyahət edərək İslamla tanış olan yaponlar vasitəsilə gəlmişdir. Ölkədə yapon əsilli müsəlmanların sayı 100 min nəfər, əslən yapon olmayan müsəlmanların sayı isə 300 mindən çoxdur. /

Google+ WhatsApp ok.ru