Yava adasındakı Bromo vulkanı fəallaşıb

Yava adasındakı Bromo vulkanı fəallaşıb

 
İndoneziyanın hökumət orqanları Yava adasının şərqində yerləşən Bromo vulkanı fəallaşdığına görə həmin əraziyə turistlərin və yerli əhalinin buraxılmasını məhdudlaşdırıb. Bu barədə jurnalistlərə oktyabrın 7-də Təbii Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Purvo Nuqroho məlumat verib.
 
Onun sözlərinə görə, məhdudiyyət qoyulan rayonun radiusu təqribən 2,5 kilometr təşkil edir və hazırda vulkanın külü 300 metr hündürlüyə qalxır. Rəsmi nümayəndə bildirib ki, vulkan hələlik aviasiyanın hərəkətinə ciddi təsir göstərməyib. (azərtac) /

Google+ WhatsApp ok.ru