Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq 14 Aprel 2016 01:00 Ölkə Aprelin 15-də Bakı və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir, şimal-şərq küləyi əsəcək. Maide.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq. Aprelin 15-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Yağış yağacaq,#bəzi yerlərdə intensiv olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir` Azərbaycanda təhlükəli mallar satılır