Yağış yağdı, Mingəçevir böyük gölməçəyə döndü

Dünən axşamdan yağan yağış Mingəçevirdə fəsadlar törədib. Şəhərin hətta mərkəzi küçələrində də gölməçələr yaranıb. Nəticədə gediş-gəliş çətinləşib”.
 
Bu barədə virtualaz.org saytına Mingəçevir sakinləri məlumat veriblər.
 
Sakinlər deyir ki, yağış səhər saatlarınadək davam edib: “Leysan yağırdı. Buna görə də səhər yollar keçilməz oldu. Mərkəzi bazarın ətrafı da gölməçə idi. Hazırda bəzi küçələrdə su çəkilir”.
 
Mingəçevir Şəhər İcra Hakimiyyətinin informasiya şöbəsinin sektor müdiri Ülkər Aşurova isə virtualaz.org saytına açıqlamasında yağışın fəsad yaratmadığını, təsərrüfatlara ziyan dəymədiyini dedi: “Yağış  nəticəsində fəsad yaransaydı, bu barədə bizə məlumat verilərdi. Amma ziyanla bağlı heç bir məlumat verilməyib”.
 
Qeyd edək ki, sonuncu dəfə ötən il yağışın yağması nəticəsində evlər su altında qalmışdı.  2013-cü ilin yazında isə güclü leysan yağışından sonra dağlardan gələn sel suları Mingəçevirin “Günəşli” və “Bağlar” yaşayış massivində evlər su altında qalmışdı. Təxminən 150-yə yaxın evin həyətyanı sahəsinə, mənzillərə ziyan dəymişdi. Hətta 300-dən çox toyuq-cücəni sel aparmışdı. /
 

Google+ WhatsApp ok.ru