Yenədə uşaq ölümü, əkizlərdən biri doğuş zamanı ölüb 12 İyul 2016 01:00 Hadisə Bərdədə yeni doğulan uşaq ölüb. Hhadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır. A.Qocayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır. Ailə üzvləri körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər. Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər. Teqlər : #Yenədə uşaq ölümü,#əkizlərdən biri doğuş zamanı ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəlilabadda baş verən yol qəzasında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb Azərbaycanda bir gündə yol qəzalarında 9 nəfər ölüb, 17 nəfər xəsarət alıb