Yeni İslam sivilizasiyası mövzusunda yazı müsabiqəsi

Yeni İslam sivilizasiyası mövzusunda yazı müsabiqəsi

"Əhli-beyt (ə) Sevərlər və Təkfirçilər məsələsi" beynəlxalq konfransı üçün məqalə müsabiqəsi elan olunub.
 
Maide.İnfo vetenugrunda.az-a istinadən xəbər verir ki, "Əhli-beyt (ə) Sevərlər və Təkfirçilər məsələsi" beynəlxalq konfransı cari ilin iyul ayında baş tutacaq.
 
Konfransda Əhli-beyt (ə) ardıcılları, yeni İslam sivilizasiyasında şiə tarixinin və mədəniyyətinin rolu kimi bir sıra aktual mövzulardan söz açılacaq.
 
Bütün tədqiqatçılar və mütəxəssislər öz məqalələrini aşağıda qeyd olunacaq mövzu və qaydalar üzrə sayt vasitəsilə konfransın katibliyinə göndərə bilər:
 
Məqalənin əsas mövzu başlıqları:
- Əhli-beyt (ə) sevərlərin təfəkkürünün əsasları
- İslami məzhəblərin tarix və mədəniyyəti və Yeni İslam sivilizasiyasının təməli
- Vahid ümmət formalaşması istiqamətində sapınmış məzhəblərlə qarşılaşmaqda müsəlmanların böyük alim və mütəfəkkirlərinin baxışları
- Vahid İslam ümməti yaratmaq üçün Əhli-beyt (ə) sevərlərin birliyi
- İslam dünyasının və Əhli-beyt (ə) sevərlərin üzləşdiyi təhdid və problemlərin tanınması
- Düşmənlə (imperializm, sionisz, mürtəcelik və təkfirçilik) mübarizə aparmaq üçün Əhli-beyt (ə) sevərlərin vəhdət yolları
 
Məqalənin şərtləri
1. Məqalə ən azından 15, ən çoxu isə 25 səhifə olmalıdır.
2. Məqalənin sözlərinin sayı ən azı 7000, ən çoxu 9500 olmalıdır.
3. Məqalə elmi quruluşda olmalı, abstrakt, nəticə və həll yolları göstərilməlidir.
4. Müəllif məqalə ilə yanaşı özünün təhsil səviyyəsini, elmi məqamını, əlaqə nömrəsini və e-poçtunu göndərməlidir.
5. Ərəb və fars dilində yazılmış məqalə 14 Nazanin, latıncası isə "Time New Roman" 12-dən istifafdə edilməlidir. 
6. Məqalə word-2007 proqramında hazırlanmalıdır.
7. Tədqiqatçılar yuxarıda qeyd olunan şərtlərə raiyət etməklə öz məqalələrini fransız, urdu, türk, alman dillərində də yaza bilər.  /

Google+ WhatsApp ok.ru