Yeni ildə qatarla səfərə çıxmaq istəyən sərnişinlərə şad xəbər

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülür. Maide.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni illə əlaqədar gucləndirilmiş iş rejiminə keçəcək.
 
Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün sərnişin daşımaları Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.
 
Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı təyin olunub.
 
Qeyd edək ki, qatar 29 dekabr 2014-cü ildə Bakıdan Tbilisiyə, 3 yanvar 2015-ci ildə Tbilisidən Bakıya yola düşəcək.

Google+ WhatsApp ok.ru