Yeni il gecəsi Bakıda və Abşeronda hava necə olacaq?

Yeni il gecəsi Bakıda və Abşeronda hava necə olacaq?

Bayram axşamı gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq

Yeni il gecəsi Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.
 
Maide.Az bildirir ki, Trend-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Mülayim şimal küləyi əsəcək.
 
Temperatur 3-5 dərəcə isti olacaq.
 
ETSN bayram axşamı gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 31-i axşam və yanvarın 1-də dağlıq və dağətəyi rayonlarda gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
 
Nazirlik dağlıq və dağətəyi rayonlarda gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib.
 

 

Google+ WhatsApp ok.ru