Yeniyetmə canilərin sayı açıqlanıb - 272 nəfər 04 Avqust 2014 01:00 Hadisə Törədilmiş cinayətlərə görə ötən il 272 uşaq məhkum olunub Azərbaycanda 14-18 yaşadək uşaqlar arasında cinayətkarlıq hallarının statistikası açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il ölkədə cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı 514 nəfər olub. Bu da 14-18 yaşadək uşaqların hər 10 000 nəfərinə 8,9 nəfər deməkdir. Törədilmiş cinayətlərə görə məhkum olunmuş 14-18 yaşadək uşaqların sayı 272 nəfərdir. Cinayət törətmiş şəxslərin ümumi sayında 14-18 yaşadək uşaqların xüsusi çəkisi 3,5% təşkil edib. Törədilmiş cinayətlərin növünə gəlincə, 14-18 yaşadək uşaqlardan 5,9%-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd etmə, 9%-i qəsdən sağlamlığa ağır zərbə vurma, 7,7%-i zorlama və zorlamağa cəhd etmə, 13,3%-i oğurluq, 8,6%-i soyğunçuluq, 10,7%-i quldurluq, 0,5%-i dələduzluq, 3,3%-i xuliqanlıq, 0,4%-i narkotik maddələrlə bağlı cinayətlər, 2,1%-i isə digər cinayətlərə yol veriblər. Teqlər : #Yeniyetmə canilərin sayı açıqlanıb 272 nəfər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda yaşayış evində qumbara partlayıb, ata və oğul yaralanıb Azərbaycanda istirahət günləri baş verən yol qəzalarında 8 nəfər ölüb, 19 nəfər xəsarət alıb