Yeni Zelandiyada 400-dən çox balina sahilə atılıb - VİDEO

Yeni Zelandiyada 400-dən çox balina sahilə atılıb - VİDEO

Təqribən 100 balinanı dənizə qaytarmaq mümkün olub
 
Yeni Zelandiyanın Cənub adası sahillərinə 400-dən çox balina çıxıb.
 
"Report" xəbər verir ki, bu barədə "The New Zealand Herald" məlumat yayıb.
 
Xilasedicilər və yerli sakinlər canlılara köməklik göstərməyə çalışıblar. Onların ümumi səyi nəticəsində təqribən 100 balinanı dənizə qaytarmaq mümkün olub. Qalanları ölüb. Bu, Yeni Zelandiyada indiyə qədər qeydə alınan ən kütləvi balina ölümü hadisəsidir.  /

Google+ WhatsApp ok.ru