YENİLİK - Nəqliyyat kartlarını “elektron pul kisəsi”lə yükləmək mümkün olacaq

YENİLİK - Nəqliyyat kartlarını “elektron pul kisəsi”lə yükləmək mümkün olacaq

“BakıKart” nəqliyyat kartlarını “elektron pul kisəsi” vasitəsilə yükləmək mümkün olacaq.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın ödəniş sistemi bazarındakı mənbə məlumat verib.
 
Mənbənin bildirdiyinə görə, bu xidmətdən hələlik korporativ müştərilər istifadə edə biləcək.
 
Mənbə əlavə edib ki, şirkətlər öz əməkdaşları üçün gediş kartı aldıqdan sonra aylıq olaraq “elektron pul kisəsi”nə müəyyən məbləğ keçiriləcək. Sərnişin kartı “BakıKart” ödəmə aparatlarına yaxınlaşdırdıqda məbləğ avtomatik kartın balansına keçəcək.
 

Google+ WhatsApp ok.ru