Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Bəzi yerlərdə yağış yağacaq

Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Maide.Az xəbər verir ki, ETSN-dən  verilən məlumata görə,Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
 
Şimal-şərq  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.   
 
Havanın temperaturunun gecə 10-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək.
 
Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru