Yerevanda iğtişaşları yatırmaq üçün ordu hissələri gətirilib

Ermənistan Silahlı Qüvvələrinin bəzi bölmələri Azərbaycanla sərhədin yaxınlığındakı dislokasiya yerindən Yerevana aparılıb. Ermənistan KİV-in məlumatına görə, bu bölmələr paytaxtda bazalarda yerləşdirilib və Yerevanda mitinqçiləri dağıtmaq üçün əmr gözləyirlər.
 
Ötən gün başlayan etiraz aksiyası bir neçə min insanın iştirakı ilə davam edir. Mitinqçilər daha çox siyasi şüarlar səsləndirir, nəinki sosial və iqtisadi.
 
Belə ki, elektrik enerjisinin qiymətinin artırılmaması barədə tələblərdən əlavə prezident Serj Sarkisyanın istefası tələb olunub. Bəzi mitinqçilərin əllərində Azərbaycan dilində söyüş yazılmış və ölkə prezidentinə ünvanlanmış şüarlar olub.
 
İyunun 23-də mitinqin dağıdılmasına baxmayaraq, bir neçə min adam yenidən küçələrə çıxıb.
 
İyunun 24-də günorta minlərlə  adam Baqramyan küçəsini bağlayaraq axşam “Azadlıq” meydanında aksiya keçirməyi planlaşdırır.
 
Hakimiyyətin mitinqçiləri dağılışmağa  və ya aksiyanı başqa yerdə keçirməyə sövq etmək cəhdləri baş tutmayıb.
 
Yerevanda aksiyalar Kremli ciddi narahat edib. Kreml bildirib ki, hadisələri diqqətlə izləyir.  Antirusiya şüarları və mitinqçilərin Avropaya meylliyi də  buna xidmət edir. Bu Kremlyönlü ekspertlərə əsas verib  ki, onlar ABŞ səfirliyini Yerevanda yeni Maydanın təşkilində ittiham etsinlər.

Google+ WhatsApp ok.ru