Yevlaxda mikroavtobus qəzaya düşüb, 10-a yaxın yaralı var

Yevlaxda mikroavtobus qəzaya düşüb, 10-a yaxın yaralı var

Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki,  hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru