Yevlaxda saxlanılan Tale Bağırzadə buraxılıb

18:10 Bu gün Yevlaxda saxlanılan ilahiyyatçı Taleh Bağırzadə Yevlax Rayon Polis Şöbəsindən saat 17:40 radələrində buraxılıb. Bu barədə virtualaz saytı məlumat yayıb. 

******

Ilahiyyatçı Tale Bağırzadə Yevlax rayonunda saxlanılıb.  Bu barədə Tale Bağırzadənin yaxınları məlumat verib.
 
Məlumatda qeyd olunur ki, Tale Bağırzadə bu gün səhər saatlarında ailəsi ilə birlikdə Yevlax rayonuna səfər edib. O, rayon məscidlərindən birində cümə namazında çıxış edən zaman hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Tale Bağırzadənin hazırda Yevlax Rayon Polis İdarəsində olduğu bildirilir.
 
T.Bağırzadəni apararkən dindarlarla hüquq mühafizə əməkdaşları arasında qarşıdurma yaranıb. Onlar dindarlara ilahiyyatçının 20 dəqiqədən sonra buraxılmasına söz versələr də bu həyata keçirilməyib. MHB sədrinin saxlanıldığı bölmə xüsusi təyinatlılarla əhatə olunub.
 
T.Bağırzadəylə birgə daha bir neçə dindarın saxlanıldığı bildirilir.
Yevlax rayon polis şöbəsindən Tale Bağırzadənin idarədə olması faktını nə təkzib, nədə ki təsdiq etdilər. Adını açıqlamayan idarə rəsmisi məlumat verməkdən imtina etdi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Ehsan Zahidov isə məsələni araşdırıb məlumat verəcəyini desə də sonrada dəfələrlə zəng etməyimizə baxmayaraq cavab vermədi.  AzadXeber / 
 

Google+ WhatsApp ok.ru