Zəvvarlarımızın son vəziyyəti açıqlandı

"Azərbaycanlı zəvvarların səhəttində heç bir problem yoxdur. Hazırda zəvvarlar cari ibadətlərini həyata keçirirlər."
 
Bunu ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova zəvvarların son durumu barədə açıqlama verərkən deyib.
 
Onun sözlərinə görə, havanın isti olduğuna görə zəvvarlar arasında adi günvurma problemi yaşanıb. Onlara tibbi yardım göstərilib və hazırda vəziyyətləri normaldır. Bundan savayı zəvvarların səhhətində heç bir problem olmayıb".
"Ötən gün isə Məkkənin Mina dağından geri qayıdarkən azərbaycanlı 60 yaşlı Fəxrəddin Zeynalov şeytan daşlama əməliyyatından sonra dünyasını dəyişib. Həcc ziyarəti zamanı dünyasını dəyişən azərbaycanlı zəvvarımızın hal-hazırda Səudiyyə Ərəbistanında sənədləri hazırlanır.
 
Sənədlər hazırlandıqdan sonra zəvvar torpağa tapşırılacaq. Soydaşımızın günorta saatlarında dəfn olunacağı gözlənilir. Bu Səudiyyə Ərəbistanın ümümi qaydasıdır. Orda dünyasını dəyişən xarici vətəndaşlar elə həmin ölkədə toprağa tapşırılır", - deyə Rəhimə Dadaşova bildirib.
 
Amma ötən gün Səudiyyə Ərəbistanıda Məkkənin yaxınlığında Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda yaranan basabas nəticəsində 753 nəfər həlak olub, 863 nəfər isə xəsarət alıb. 
 
Baş verən hadisə nəticəsində ölənlər arasında azərbaycanlı olmayıb. Hadisə Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda baş verib. Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib. 
 
Bu il ərzində Məkkədə baş verən dördüncü hadisədir. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir.
 
Həcc dövründə baş vermiş ən böyük insidentlər:
 
1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.
 
1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.
 
1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.
 
1998-ci il – izdihamda 118 zəvvar ölüb.
 
2001-ci il izdihamda 35 zəvvar ölüb.
 
2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.
 
2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb./

Google+ WhatsApp ok.ru