Yol polisi sürücüləri artıq həyətlərdə də cərimələyir

Dövlət Yol Polisi əməkdaşları planı doldurmaq üçün artıq yeni üsula əl atıblar. Belə ki, onlar artıq şəxsi avtomobillərini öz binalarının həyətində saxlayan sürücüləri elə buradaca cərimələməyə başlayıblar.
 
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, yol polisi əməkdaşları yaşayış binasının həyətində ilk belə reydi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı binaların birinin həyətində aparıb.
 
Xidməti nömrəsi 473 olan DYP maşınında həmin binanın həyətinə gedən yol polisləri orada təxminən yarım saat ərzində “işləyərək” həyətdəki bütün maşınların sürücülərini cərimə ediblər.
 

 

Google+ WhatsApp ok.ru