Yol qəzasında 4 nəfər ölüb

Tərtərdə ağır yol qəzası baş verib.
 
2 nəfər ölüb, 4 nəfərsə ağır yaralanıb.
 
APA-nın məlumatına görə, qəza rayonun Bəyimsarov kəndində baş verib.
 
Tərtər rayon Sarov kənd sakini İnam Paşazadəyə məxsus VAZ-21099 markalı maşınla Bərdə rayon sakini Elməddin Camalova məxsus VAZ-21214 markalı maşın toqquşub.
 
Nəticədə VAZ-21099 markalı maşında olan sürücü, İnam Paşazadə, sərnişinlər Yavər Kərimli, Anar Əlizadə və Goranboy rayon Xanqərvəd kənd sakini Babək Baxşəliyev xəstəxanaya aparılarkən yolda keçiniblər.
 
VAZ-21214 markalı maşının sürücüsü Elməddin Camalov və onun maşında olan sərnişin 1 Yavər Qocamanov isə ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Məlumata görə, ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir. /

Google+ WhatsApp ok.ru