Yumurtanı əsla belə bişirməyin! - XƏBƏRDARLIQ 31 İyul 2016 01:00 Maraq dünyası Türkiyəli dietoloq İşın Sayın yarı çiy bişmiş faydalı olmadığını deyib. Dietoloq yumurtanın bişirilmə qaydası haqqında məlumat verib: "Yumurtanın tərkibi kalsium və beyin sağlamlığı üçün əvəzolunmaz maddə - xolinlə zəngindir. Sarısındakı yüksək A vitamini görmə funksiyasını yaxşllaşdırır və immuniteti gücləndirir. Yumurta sarısının hüceyrələri yeniləyir və xərçəngin qarşısı alır". Dietoloq bildirib ki, yumurta ancaq doğru bişirildiyi halda faydalı ola bilər: "Yumurta odda cəmi 10 dəqiqə qalmalıdır və qaynamağa başlayan kimi odu azaltmaq lazımdır. Beləliklə, yumurta tam bişir və qida dəyəri yüksək olur. Yumurta yarı çiy şəkildə bişirildikdə ondakı biotin vitamini avidin adlı zülalla birləşir. Yumurta tam bişəndə isə bu arzuolunmaz kimyəvi birləşmənin qarşısı alınır. Yəni, tam bişmiş yumurta orqanizmə daha çox fayda verir". (publika.az) / Teqlər : #Yumurtanı əsla belə bişirməyin! XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gözün möcüzəvi quruluşa malik olan buynuz qişası Votsapda təhlükəsizlik problemi: Mesajlar gizlədilir