Yunanıstan baş naziri istefa verib

Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini bəyan edib.
 
Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.
 
“Parlament seçkilərində yunan xalqı bundan sonra  kimin ölkəni irəli aparacığını müəyyən etməlidir”, deyə A.Tsipras xalqa müraciətində bildirib.
 
Parlament seçkilərinin sentyabrın 20-də keçiriləcəyi planlaşdırılır.  
 
Qeyd edək ki, Aleksis Tsipras solçu  SİRİZA Koalisiyasının 25 yanvar 2015-ci ildə keçirilmiş parlament seçkilərindəki qələbəsindən sonra baş nazir postunu tutmuşdu.

Google+ WhatsApp ok.ru