Yunanıstanda hələ də məscid tikmək qadağandır 19 İyul 2014 01:00 Dünya Kilsə məscid tikintisini əngəlləyir Yunanıstan müsəlmanları bu ölkədə məscid tikməyin qadağan edilməsinə görə öz namazlarını yeraltı və gizli məscidlərdə qılırlar. Maide.az-ın Əl-Misriyyun xəbər portalına istinadən məlumatına görə, Yunanıstan müsəlman cəmiyyətinin baş katibi Nəim Əl-Ğondura deyib ki, Yunanıstan dövləti ölkə ərazisində məscidlərin inşa edilməsini qadağan edib və müsəlmanlar öz namazlarını yeraltı və gizli məscidlərdə qılmağa məcburdurlar. Əl-Ğondur deyib: Yunanıstan 10 milyondan çox əhaliyə malikdir və bu ölkədə müsəlmanların sayı artmaqdadır və hal-hazırda Yunanıstanda 700 min müsəlman yaşayır. O əlavə edib ki, kilsə icazə vermədiyi üçün müsəlmanlar bir məscidə belə sahib deyillər. Qeyd edək ki, bir müddət öncə Yunanıstan Parlamenti Afinada məscid tikilməsi qərarını təsdiqləyib, ancaq minarəyə icazə verməyib. Ümumiyyətlə, Afinada 350 nəfərlik məscid tikilməsi nəzərdə tutulur. Yunanıstandakı müsəlmanlar 500 nəfərlik məscidin tikilməsi üçün müraciət etmişdi, ancaq parlamentdə keçirilən iclasda məscidin 350 nəfərlik olması qərarlaşdırılıb. Xatırladaq ki, Afina Avropada məscid olmayan yeganə paytaxtdır. Teqlər : #Yunanıstanda hələ də məscid tikmək qadağandır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Parisdə İsrailə etiraz qadağan olunub Fələstinli anaların, `Şəhadətin mübarək, oğlum` sədaları
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO