Yunanıstanda İslam dini tədris olunacaq

Yunanıstanın Selanik şəhərində yerləşən Aristotelis Universiteti "İslam fəaliyyətlərinə giriş" bölməsi açmaq üçün dövlət müşavirliyinə etdiyi müraciəti qanuna uyğun olaraq təsdiqlənib.
Deyerler.org Yenisafak-a istinadən xəbər verir ki, 4 illik "İslam fəaliyyətlərinə giriş" təlim proqramı oktyabr ayından etibarən fəaliyyətə başlayacaq.
İlkin mərhələdə 30 - 50 tələbə qəbul olunan səviyyədə siyasət elmi, tarix, dil elmi, hüquqi və memarlıq fakültələrindən müəllimlər dərs deyəcəklər. Yunanıstanda kilsə ilə bərabər, milliyyətçi mühafizəkar kütlələrin etirazlarına baxmayaraq, Yunanıstan Təhsil Nazirliyi Selanik Aristotelis Universitetində "İslam fəaliyyətlərinə giriş" proqramının açılmasını təsdiq etməsi müsbət bir hadisə kimi dəyərləndirilib.
 
Təhsilə başlayacaq "İslam fəaliyyətlərinə giriş" bölməsində, Qərbi Trakyadakı mədrəsə məzunları ilahiyyat təhsillərini tamamlamaq imkanı əldə edəcəklər./
 

Google+ WhatsApp ok.ru