YUNİSEF yardıma ehtiyac olan uşaqların sayını açıqladı

YUNİSEF yardıma ehtiyac olan uşaqların sayını açıqladı

BMT-nin Uşaq Fondu (YUNİSEF) dünyada humanitar yardıma ehtiyacı olan uşaqların real sayını açıqlayıb.   

Təşkilat bəyan edib ki, hazırda 41 milyon uşağın humanitar yardıma ehtiyacı var. 

 “Bu uşaqlara yardım edilməsi üçün 3.9 milyard dollar xərclənməlidir”, - deyə təşkilat diqqətə çatdırır. 

 Qeyd olunur ki, bu uşaqlar müharibə, təbii fəlakət və digər fövqəladə halların kölgəsində həyatlarını davam etdirirlər.  /eastnews.org/

Google+ WhatsApp ok.ru