Yüzlərlə azərbaycanlı zəvvar vətənə dönə bilmir

Sentyabrın 29-da Azərbyacana geri dönməli olan 906 zəvvar hələ də Səudiyyə Ərəbistanındadır

Vətənə geri dönmək istəyən azərbaycanlı zəvvarlar hava limanında ciddi problemlə qarşılaşıb.
 
ANS TV-nin məlumatına görə, sentyabrın 29-da 906 zəvvar Azərbaycana geri dönməli idi. Lakin təyyarə olmadığından və uçuş yubandığından onlardan cəmi 265 nəfəri geri qayıda bilib. 641 zəvvar isə saatlarla hava limanında gözləyib. Dünən bütün günü uçuş olmadığı üçün zəvvarlar otellərə yerləşdirlib. 
 
266 nəfərdən ibarət qrup hələ də 5 saatdır ki, hava limanında gözləyir. Yenə də bugün uçuş olmadığı üçün onlar Vətənə qayıda bilmir. Uçuşun isə dəqiq vaxtı məlum deyil. 
 
Növbəti 375 nəfərdən ibarət qrup isə bu saatlarda qeydiyyatdan keçir.
 
Azərbaycanlı zəvvarların geri dönməsinin ləngiməsinə səbəb Səduiyyə Ərəbistanın hava yollarına məxsus şirkətin təyin olunan qrafik üzrə uçuşları həyata keçirə bilməməsidir. 
 
Qafqaz Müsəlmanlar İdarəsinin Məkkədə olan nümayəndliyi dünən gün boyu bu məslənənin həllinə çalışsa da problem həllini tapmayıb.
 
29 sentyabr tarixinə olan uçuşlar həyata keçmədiyindən 30 sentyarbda Vətənə gəlməli olan zəvvarlar heç otellərdən çıxarılmayıb. Problem öz həllinin tapandan sonra uçşular mərhələli şəkildə aparılacaq. 

Google+ WhatsApp ok.ru