Zabitlər özlərini partlatdı

Ukraynanın şərqində iki əsgər özünü partladaraq 12 rus desantını öldürüb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlama yayıb.Açıqlamada bildirilir ki, Ukrayna ordusunda zenit diviziyası zabitləri Aleksandr Kandesyuk və Aleksey Şepelyuk ruslara təslim olmaq istəməyib və özlərini partladıblar. Nəticədə zabitlərlə birlikdə Rusiya Silahlı Qüvvələrinin 12 desantı ölüb.Hadisə şahidlərinin sözlərinə görə, Aleksandr Kandesyuk və Aleksey Şepelyuk yaralı olublar.“12 rus desantı onları mühasirəyə almışdı, təslim olmalarını tələb edirdilər. Rus hərbçiləri zabitlərə xeyli yaxınlaşmışdılar. Bu vaxt yerdən duran zabitlər əllərini havaya qaldırdılar. Aydın görünürdü ki, onlar əllərində nə isə tutublar. Bir anın içində iki güclü partlayış baş verdi”, deyə şahidlər bildirir.

Google+ WhatsApp ok.ru