Zabrat gölü daşdı, Kürdəxanı yolunu və evləri su basdı

Zabrat gölü daşdı, Kürdəxanı yolunu və evləri su basdı

Zabrat gölündə suyun səviyyəsi qalxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nəticədə gölün suyu daşaraq Zabrat – Pirşağı avtomobil yolunun üzərindən dəniz istiqamətində axmağa başlayıb.
 
O qeyd edib ki, gölün yaxınlığında yerləşən yaşayış evlərinin zirzəmiləri də su ilə dolub: “Ərazidəki su ötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. Atmosfer çöküntüləri, kanalizasiya suları, hamısı gölə axıdılır. Gölün çıxarı yoxdur, buna görə də gölün səviyyəsi qalxır”. (APA)
 

Google+ WhatsApp ok.ru