Zaqatalada qaz sobasının üstünə yıxılan kişi yanaraq ölüb 19 Dekabr 2015 02:00 Hadisə Zaqatalada qaz sobasının üstünə yıxılan 67 yaşlı kişi yanaraq ölüb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 18-i axşam saatlarında Anar Həmidov küçəsi, ev 25 ünvanında kişi meyiti aşkarlanması barədə təcilli tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası ev sahibi, 1948-ci il təvəllüdlü Bəkir Şampir oğlu Bəkirovu yanmış meyiti ilə qarşılaşıb. Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, ilkin ehtimala əsasən B. Bəkirov huşunu itirməsi səbəbindən yanar qaz sobasının üstünə yıxılıb. Hadisə baş verən zaman evdə tək və köməksiz vəziyyətdə olan Bəkir Bəkirov yanıq xəsarətləri alaraq hadisə yerində ölüb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Teqlər : #Zaqatalada qaz sobasının üstünə yıxılan kişi yanaraq ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda cibində külli miqdarda pul olan şəxs itkin düşüb Dumanlı havada Bakı-Qazax yolunda 3 yol-nəqliyyat hadisəsi baş verib