Zaqatalada vəhhabilərə qarşı əməliyyat keçirilib 26 Aprel 2016 01:00 Ölkə Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən hücrədə Vəhhabi təriqət üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həmin ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı polisə müqavimət göstərən 5 nəfər saxlanılıb. Hücrədən həmçinin çoxlu sayda dini ədəbiyyat, audio və video materiallar götürülüb. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Zaqatalada vəhhabilərə qarşı əməliyyat keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda dərman istehsalının detalları məlum oldu Sabah 30 dərəcəyədək isti olacaq