`Zara` mağazasından biabırçılıq, soyunub-geyinmə otaqlarına kamera qoyub

`Zara` mağazasından biabırçılıq, soyunub-geyinmə otaqlarına kamera qoyub

 
Bakıda “Zara” mağazasının soyunub-geyinmə kabinələri hissəsinə müşahidə kamerası quraşdırılıb.
 
Maide.Az bildirir ki, Bakı sakini Xədicə Kərimova Baku.ws-ə şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən “Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb: “Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.
 
Məsələ ilə bağlı “Zara” mağazasından bildirilib ki, şikayət haqda rəhbərliyə məlumat veriləcək.
 

Google+ WhatsApp ok.ru