Özbəkistanda keçirilən prezident seçkiləri başa çatıb 30 Mart 2015 01:00 Dünya Özbəkistanda keçirilən növbəti prezident seçkiləri başa çatıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası açıqlama verib. Martın 29-da keçirilən seçkilərdə Özbəkistandakı bütün siyasi partiyaları təmsil edən dörd namizəd iştirak edib. Onlar Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov, “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov və “Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarovdur. Seçkilərin yekunları ilə bağlı Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov məlumat verib ki, seçki prosesində ölkə üzrə 14 dairə və 9 mindən artıq seçki məntəqəsi, xarici ölkələrdə isə 44 məntəqə fəaliyyət göstərib. Seçki prosesini 43 ölkədən və 5 beynəlxalq təşkilatdan 300-dən çox müşahidəçi izləyib. Komissiya sədri bildirib ki, seçki siyahılarında səsvermə hüququ olan 20 milyon 798 min 52 seçicinin adı var: "Onların 18 milyon 928 min nəfəri səs verib. Bu da seçicilərin 91 %-i təşkil edir. Bu, o deməkdir ki, seçkilər baş tutub". Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Səmərqənd şəhərində səsvermə prosesinin gedişini izləyiblər. Azərbaycandan olan digər nümayəndə heyəti isə Müstəqil Dövlətlər Birliyi müşahidəçilər missiyasının tərkibində seçki prosesini izləyiblər. Teqlər : #Özbəkistanda keçirilən prezident seçkiləri başa çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın cənubunda güclü zəlzələ Ayətullah Rəfsəncaninin Ərəbistan səfəri ləğv oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO