Özbəkistanhda hər kim 100 il yaşasa, bonus alacaq

Özbəkistanda hökumətin yeni planına əsasən 100 yaşına çatan vətəndaşlara aylıq mükafat müavinətləri veriləcək.
 
“Central Asian News” internet saytı xəbər verir ki, Özbəkistanda 100 yaşı haqlayanlara ayda 30 dollar müavinət veriləcək.
 
Az görünə bilər, lakin bu, əvvəla, elə ölkənin minimum əmək haqqıdır, ikincisi, artıq mövcud təqaüdə əlavə olaraq veriləcək.
 
Özbəkistanda illərə ad vermək ənənəsi var və 2015-ci il “Qocalara qayğı ili” adını qazanıb.
Burda bircə problem var ki, o da Özbəkistanda yüz yaşa çatmaq məsələsidir.
 
Dünya Bankının məlumatına görə, ölkədə ömür uzunluğu gözləntisi qadınlar üçün 71,7, kişilər üçünsə 65 yaşdır.
 
Buna görə də Facebook istifadəçiləri üçün yaxşı mövzu ələ düşüb. “Adamı ələ salıblar, - yazır onlardan biri, - ölkədə 2-3 yüz yaşlı var”.
 
“Heç olmasa 80 yaşlılara verəydilər” – başqa istifadəçi gileylənir.
 
Bir çoxları isə deyirlər ki, Özbəkistan təqaüdləri ilə ümuimiyyətlə yaşamaq çətindir.
Yeni müavinətdən faydalana biləcək insanlardan biri bir neçə həftə əvvəl rəhmətə gedib.
134 yaşlı Toti Yusupova 1880-ci ildə doğulmuşdu.musavat/
 

Google+ WhatsApp ok.ru