Özbəklərin yeni liderindən İslam çağırışı

Özbəklərin yeni liderindən İslam çağırışı

Özbəkistan lideri Şövkət Mirziyayev Daşkənddə keçirilən İslam Əməkdaşlıq təşkilatının iclasında İslam dəyərlərin qorunması üçün çağırış edib.
 
Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, Özbəkistan müvəqqəti prezidenti Şövkət Mirziyayev, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri şurasına üzv ölkələrin, İslam dininin dəyərlərini qorumaq və İslam dünyası mütəfəkkirlərinin uğurlarını insanlara çatdırlmasını istəyib.
 
Mirziyayev bildirib ki, İslam sülh, təhsil və mənəvi zənginliklər dinidir. Biz İslam dəyərlərini və İslam mədəniyyətini qorumağa borcluyuq.
 
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-ci ildə yaradılıb və hazırda 57 ölkə bu təşkilata üzvdür. Özbəkistan 1996-ci ildən bəri İƏT-ə üzvdür.
 

Google+ WhatsApp ok.ru