Özbəkistan həccə getmək istəyən zəvvarlar üçün güzəştlər tətbiq etdi

Özbəkistan həccə getmək istəyən zəvvarlar üçün güzəştlər tətbiq etdi

Özbəkistan Müsəlmanları İdarəsi hökumətin müvafiq qərarına uyğun olaraq 2017-ci ildə Həcc ziyarətinə getməyə hazırlaşan zəvvarların online-qeydiyyat sisteminin tətbiqinə başlayır.
 
Bu gün elan olunan qərar Həccə getmək istəyən insanların siyahısının obyektivlik və sosial ədalət prinsiplərinə uyğun hazırlanması, həmçinin ziyarətin təşkili üçün müəyyən edilən qaydalara ciddi əməl olunması məqsədilə qəbul edilib.
 
Hökumət, eyni zamanda, zəvvarların tibbi müayinəsinin bütün etaplarını pulsuz həyata keçirməyi qərara alıb. “Özbəkistan hava yolları” milli aviakompaniyasına zəvvarlar üçün aviabiletlərin qiymətini ucuzlaşdırmaq tapşırılıb.
 
2017-ci ildə Özbəkistandan Səudiyyə Ərəbistanına gedəcək zəvvarların ümumi kvotası 2016-cı illə müqayisədə 20 faiz artırılaraq 13,2 min nəfərə çatdırılıb. (faktxeber) /

Google+ WhatsApp ok.ru