`Zika` virusu ilə əlaqədar fövqəladə vəziyyət 14 İyul 2016 01:00 Dünya Perunun 11 regionunda “Zika” virusuna yoluxma halları ilə əlaqədar fövqəladə vəziyyət elan olunub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin yaydığı açıqlamada bildirilir. Məlumata əsasən, ölkədə 90 gün müddətinə fövqəladə sanitar vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edib. Ölkənin 25 regionundan 11-də xəstəliyin yayılmasının qarşısını almaq üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. İndiyədək Peruda 102 nəfər “Zika” virusuna yoluxub. Qeyd edək ki, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan "Zika" virusu mikrosefaliya xəstəliyinin yaranmasına səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın "Zika" virusuna yoluxacağını proqnozlaşdırır. "Zika" virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virus “Aedes aegypti” növlü ağcaqanadlar tərəfindən yayılır. Teqlər : #`Zika` virusu ilə əlaqədar fövqəladə vəziyyət, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şimşək çaxması nəticəsində Moskvada 7 nəfər xəsarət alıb - VIDEO Venesuelada fövqəladə iqtisadi vəziyyət 60 gün müddətinə uzadılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO