`Zika`ya yoluxanların sayı: 4 min 300 nəfər 11 Oktyabr 2016 01:00 Dünya Meksikada "Zika"ya 4 min 300 yoluxma hadisəsi qeydə alınıb İki mindən çox hamilənin dünyaya gətirdiyi körpədə bu virusun izləri müşahidə edilməyib Ötən ilin dekabrından indiyədək Meksikada 4 min 300 Zika xəstəliyinə yoluxma hadisəsi qeydə alınıb. TASS-a istinadən xəbər verilir ki, bu haqda Meksikanın Səhiyyə Nazirliyi açıqlama yayıb. İnformasiyaya görə, bu müddət ərzində "Zika"ya yolxumuş iki mindən çox hamilənin dünyaya gətirdiyi körpədə bu virusun izləri müşahidə edilməyib. Xəbərə əsasən, yoluxma halı ən çox ölkənin Verkrus əyalətində (1,1 min xəstə) qeydə alınıb. Xatırladaq ki, ilk dəfə bu xəstəlik 1947-ci ildə Uqandada müşahidə olunub. Bu günlərədək o, təhlükəli sayılmırdı. Ümumdünya Səhiyyə Təşkilatı cari ilin fevralından Afrikanın cənub və şimal hissələrində Zika ilə bağlı fövqəladə vəziyyət elan edib. (report) / Teqlər : #`Zika`ya yoluxanların sayı: 4 min 300 nəfər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Misirlə danışıqlar aparır Braziliyada bir qrup tələbə prezident sarayının baş ofisini işğal etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO