Zimbabvedə nə baş verir: ordu hökumət binalarına gedən yolları bağlayıb

Zimbabvedə nə baş verir: ordu hökumət binalarına gedən yolları bağlayıb

-- hərbçilər prezident və onun mühafizəçilərini girov saxlayırlar

Zimbabve ordusu ölkənin paytaxtı Harare şəhərində hökumət, parlament və məhkəmə binalarına gedən yolları bağlayıb.
 
Hərbçilər şəhərin mərkəzində zirehli texnika yerləşdirib. Gecə saatlarında partlayış səslərinin eşidildiyi bildirilir.
 
Bir qədər əvvəl silahlı əsgərlərin Zimbabvenin dövlət teleradio korporasiyasının binasını ələ keçirdiyi, həmçinin maliyyə naziri İqnasius Çombonu həbs etdiyi barədə hələlik təsdiqlənməyən xəbərlər yayılıb.
 
Hərbçilər heç bir dövlət çevrilişindən söhbət getmədiyini, prezidentin və ailəsinin təhlükə altında olmadığını və hədəflərinin onun ətrafındakı “cinayətkarların məsuliyyətə cəlb edilməsi” olduğunu bildiriblər.
 
Ordu hakim “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə” partiyasının Silahlı Qüvvələrin komandanı Konstantino Çivenqanı xəyanətdə və qiyama çağırışda ittiham etməsindən sonra aktivləşib. Bir qədər əvvəl Çivenqa noyabrın 6-da vəzifədən kənarlaşdırılan vitse-prezident Emmerson Mnanqaqva tərəfdarlarının təqibini dayandırmaq üçün müdaxiləyə hazır olduğunu demişdi. Məhz Mnanqaqva Zimbabvenin 93 yaşlı Prezidenti Robert Muqabenin mümkün varisi hesab olunurdu.
 
News24 portalının yaydığı son məlumata görə, hərbçilər Robert Muqabeni və onun mühafizəçilərini girov saxlayırlar.(azertac)
 

Google+ WhatsApp ok.ru