Ziyarətə gedən avtobusa hücum - 7 ölü, 19 yaralı

Suriyanın Dəməşq şəhərində avtobusa hücum edilib.
 
Maide.az xəbər verir ki, ziyarətə gedən avtobusa bomba atılıb. Hadisə nəticəsinə 7 nəfər ölüb, 19 nəfər isə yaralanıb.
 
Avtobusda Xanım Rüqəyyə (s.ə) ziyarətgahına gedən livanlı şiələr olub.
 
Terror aktını "Əl-Nusra" terror təşkilatı öz üzərinə götürüb.  

Google+ WhatsApp ok.ru