Çikaqoda Trampın Qüdslə bağlı qərarına qarşı etiraz - FOTO

Çikaqoda Trampın Qüdslə bağlı qərarına qarşı etiraz - FOTO

-- “Qüds İsrailin deyil, Fələstinin paytaxtıdır”...

Çikaqoda ABŞ-ın Qüdslə bağlı qərarına qarşı  etiraz aksiyası keçirilib. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı olaraq tanıma qərarı Çikaqoda etirazla qarşılandı. 
 
Etiraz aksiyasında iştirak edən minlərlə insan üzərində  “Qüds qırmızı xəttimiz”,  “ABŞ və İsrail Qüdsdən əlinizi çəkin”  yazılı plakartlar daşıyaraq Federal Plaza qarşısına toplaşıb. 
 
Etirazçılar güclü soyuq və şaxtalı hava şəraitinə baxmayaraq saatlarla Çikaqo küçələrində yürüş edərək işğalçı İsrail rejiminin baş konsullğu önünə gəlib. Etirazçılar “Fələstinə azadlıq”,  “Qüds İsrailin deyil,  Fələstinin paytaxtıdır”,  və “Donald Tramp getməli” şüarları səsləndirib. 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru