Çində 100-dən çox insan torpaq sürüşməsinin dağıntıları altında qalıb

Çində 100-dən çox insan torpaq sürüşməsinin dağıntıları altında qalıb

Hadisə yerinə xilasetmə qrupu, təcili tibbi yardım maşınları və polis göndərilib
 
Çində cənub-qərb vilayəti olan Sıçuanın Desi şəhərinin kəndlərindən birində 100-dən çox insan uzun müddət davam etmiş yağışlarla əlaqədar yaranan torpaq sürüşməsi nəticəsində uçqunlar altında qalıb.
 
Bu barədə "Çjunqo sinvenvan" portalı xəbər verib.
 
Xəbərdə bildirilir ki, hadisə şənbə günü səhər olub. Hadisə yerinə xilasetmə qrupu, təcili tibbi yardım maşınları və polis göndərilib.
 
"CCTV" telekanalı isə sürüşmənin 40-a yaxın evi yararsız hala saldığını xəbər verib. 
 
Xəsarət alanların sayı dəqiqləşdirilir. (report) /

Google+ WhatsApp ok.ru