İki günə 11 nəfəri gün vurub 07 Avqust 2017 01:00 Hadisə İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfər xəstəxanaya yerləşdirilib. Teqlər : #İki günə 11 nəfəri gün vurub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağsuda canavarlar kəndə hücum edib, xəsarət alanlar var Bakıda qarpızdan kütləvi zəhərlənmə olub