İlin sonunadək Rusiya Dəmir Yolları qatarlarda halal qidalar verəcək

İlin sonunadək Rusiya Dəmir Yolları qatarlarda halal qidalar verəcək

2017-ci ilin sonunadək Rusiyada qatarlarda halal yeməklər veriləcək. 
 
Maide.Az xəbər verir ki, Rusiya Dəmir Yolları idarəsi elan edib ki, hazırda bu sahədə danışıqlar aparılır. 
 
Müsəlman Sahibkarlar Dərnəyinin prezidenti Aydar Şaqimardanov deyib ki, qatarlarda halal qidaların təmin edilməsi təyyarələrlə müqayisədə daha çətindir. “Çünki misal üçün Moskva-Vladivostok qatarı bir istiqamətdə 10 gün hərəkət edir. Moskvada bir istiqamət üçün 10 günlük halal yeməklərin qatara yüklənməsi çətindir. Ona görə qatarlarda halal qidaların verilməsi danışıqları uzun və ağır aparılır”. (islam.ru) /
 

Google+ WhatsApp ok.ru