İranda 2 min illik tarixi olan məsciddə yanğın – FOTO

İranda 2 min illik tarixi olan məsciddə yanğın – FOTO

-- 18 nəfər xəsarət alıb

Ötən gecə İranın Sari şəhərində   2 min ildən artıq tarixi olan  Came məscidində yanğın baş verib. 
 
Maide.Az xəbər verir ki, Mazandaran əyalətində ən qədim məscidlərdən olan bu  məsciddə  yanğına elektrik xəttində baş vermiş qısa qapanma səbəb olub. 
 
Yanğında məscidin damı, eyvanları və ətraf mağazalar ciddi ziyan görüb. 
 
Mehr agentliyinin məlumatına görə, yanğın zamanı 18 nəfər xəsarət alıb. 
 
Məscid həmdə milli tarixi əsər kimi qeydiyyata alınmışdı.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru